Türkiyəli basketbolçu Alperen Şengün komandasının son oyununda sağ ayağından zədə alaraq meydançanı əlil arabasında tərk etmişdi. Bu gün onun zədəsinin ciddiliyi məlum olub. Məlumata görə, basketbolçu ağır zədəyə məruz qalmayıb. Onun pəncəsi və dabanında kiçik dartılma var.

Xatırladaq ki, “Hyuston Rokets” son oyunda “Sakramento Kinqs”ə qalib gəlib. Oyunun son saniyələrində Alperen rəqibin lideri Domantas Sabonisin həmləsinin qarşısını alarkən zədələnib. Ayağı burxulan Şengün həkimlərin müdaxiləsinə ehtiyac duyub.

Əlavə edək ki, bu mövsüm Alperenin bir oyun üçün orta göstəriciləri 21,1 xal, 9,4 ribaund və 5 məhsuldar ötürməyə bərabərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp