MBA-da bu gecə 6 oyun keçirilib. Gecənin əsas qəhrəmanlarından biri Kevin Dürant olub. Onun 37 xalı “Finiks Sans”a Klivlend səfərində qələbə qazandırıb – 117:111. Komandanın digər lideri Devin Buker də 27 xal toplayıb.

Çempionatın lideri “Boston Seltiks” Portlenddə qalib gəlib. 121:99 hesabıyla başa çatan oyunda Teytum və Braun birlikdə 53 xal qazanıb.

Stiv Körrinin yoxluğu “Qolden Steyt Vorriors”un qalib gəlməsinə mane olmayıb. Kaliforniya təmsilçisi “San Antonio Spörs”ü 112:102 hesabı ilə məğlubiyyətə uğradıb. Pley-inə nəzəri şanslarını belə itirən “Detroyt Pistons” doğma meydançada “Şarlott Hornets”i üstələyib – 114:97.

Avropalı basketboluların tripl-dabl mübarizəsi bu gecə də davam edib. “Denver Naggets”in 125:119 hesablı qələbə qazandığı oyunda Nikola Yokiç 35 xal toplamaqla yanaşı, 17 ribaund və 12 asist edib.

“Dallas Maveriks” Çikaqoda 127:92 hesabı ilə qələbə qazanıb. Luka Donçiç oyunu 27 xal, 12 ribaund və 14 asistlə tamamlayıb. Beləliklə də sloveniyalı basketbolçu tripl-dabl seriyasını 7 oyuna çatdırıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp