Milli Basketbol Assosiasiyası həftənin ən yaxşılarının adlarını açıqlayıb. Qərb konfransında ən yaxşı “Dallas Maveriks”in lideri Luka Donçiç, Şərqdə isə “Çikaqo Buls”un yüngül forvardı Demar Derozan olub.

Ötən həftə “Maveriks” 3 oyun keçirib və ikisində qələbə qazanıb. Donçiçin bu 3 oyunda orta göstəricisi 37,7 xal, 10,3 ribaund və 10,7 asist təşkil edib.

“Çikaqo Buls” keçən həftə keçirdiyi 4 oyundan 3-də qalib gəlib. Demar Derozanın orta göstəricisi 29,8 xal, 5,5 ribaund və 5,3 asistə bərabər olub.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp