Yevlaxlı cüdoçular daha bir uğura imza atmağa müyəssər olublar. Belə ki, Naib Balaşovun rəhbərliyi altında yevlaxlı tatami ustaları ötən ay paytaxt Bakıda təşkil olunan yeniyetmələr arasında Azərbaycan birinciliyində uğurla çıxış ediblər.

Turnirə 6 cüdoçu ilə qatılan yevlaxlılardan 70 kq-da Pərvanə Abdullayeva bütün rəqiblərini üstələyərək fəxri kürsünün ilk pilləsində qərar tutub.

Daha bir yarış isə bu ayın 9-da İsmayıllı Olimpiya İdman Kompleksində keçirilib. Yevlaxlı cüdoçular region birinciliyindən də əliboş qayıtmayıb. 73 kq-da Valeh Sadıqzadə yalnız yarımfinalda uduzaraq turniri bürünc medalla başa vurub.

Balaşov tələbələrin çıxışından razıdır.

Hazırda cüdoçular qarşıdan gələn Azərbaycan çempionatına hazırlaşırlar. Məqsəd bu yarışda da uğurlu nəticə əldə etməkdir.

BƏHRUZ MUSAYEV, YEVLAX

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp