AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda Əvəzedicilər Liqasının 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.

“Səbail-2” – “Sumqayıt-2” oyunu “Sumqayıt-2” komandasının futbolçusu Xəyal Fərzullayevin formasında problem olduğu üçün 4 dəqiqə gec başladığına görə “Sumqayıt-2” komandası 80 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz-2” komandası 70 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununun 76-cı dəqiqəsində “Kəpəz-2” komandasının məşqçisi Orxan Verdiyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimə təzyiq göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanıb, “Kəpəz-2” komandası 400 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının azarkeşləri hakimin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə və bu, cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz-2” komandasına xəbərdarlıq edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda topdaşıyanların say limiti pozulduğuna görə “Kəpəz-2” komandası 80 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda xərəkdaşıyanların say limiti pozulduğuna görə “Kəpəz-2” komandası 80 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 6 futbolçusu sarı vərəqə aldığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Araz-Naxçıvan-2” oyununun 45-ci dəqiqəsində “Araz-Naxçıvan-2” komandasının 50 nömrəli futbolçusu Nicad İsmayılov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, “Araz-Naxçıvan-2” komandası 50 manat cərimə edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp