AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Futbolinfo.az xəbər verir ki, iclasda AFFA-nın bayrağı altında təşkil olunmuş müxtəlif yarışlarla bağlı aşağıdakı qərarlar qəbul olunub.

Futzal üzrə Yüksək Liqada keçirilməli olan “Record” – “Baku Fire” oyunu “Record” komandası təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Record”a 0:5 hesablı texniki məğlubiyyət verilib.

Yüksək Qızlar Liqasının “Şəmkir” FK – “Araz-Naxçıvan” PFK oyununda “Şəmkir” FK komandası protokolda qeyd olunmuş oyunçunun əvəzinə başqa klubda qeydiyyatda olan futbolçu oynatdığına görə “Şəmkir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib. “Şəmkir”ə mövsüm ərzində 3-cü dəfə texniki məğlubiyyət verildiyinə görə “Şəmkir” FK yarışlardan kənarlaşdırılıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp