Keylor Navas yayda PSJ-dən ayrılacaq. Təcrübəli qapıçı Canluici Donnarumanın əvəzedicisi kimi qalmaqdan bezib və yeni iş yeri axtaracaq.

Futbolinfo.az xəbər verir ki, 37 yaşlı kosta-rikalı karyerasını başa vurmaq niyyətində deyil. O, azı daha iki mövsüm oynamaq niyyətindədir. Navas Səudiyyə Ərəbistanından gələn bir təklif üzərində düşünür.

Mövsümün sonunda azad agent olacaq Keylor 2019-cu ildə “Real”dan PSJ-yə keçib. O, ötən ilin ilk yarısını icarə əsasında “Nottingem Forest”də keçirmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp