“Ayaks” Yorrel Xato ilə yeni müqavilə bağlayıb. Gənc futbolçu ilə anlaşmanın müddəti 20218-ci ilin iyulunadək uzadılıb.

Futbolinfo.az xəbər verir ki, klubun yetirməsi olan mərkəz müdafiəçisi 2023-cü ildə əsas komandada debüt edib. Kurasao əsilli futbolçu qısa müddətdə ümidləri doğruldub. 18 yaşlı oyunçuya olan marağı nəzərə alan amsterdamlılar onu itirməmək üçün tələsik müqavilə bağlayıb.

Xato bir neçə İngiltərə klubunun “radar”ına düşmüşdü.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp