Bu gün Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulacaq.

Futbolinfo.az xəbər verir ki, son gündə 2 qarşılaşma baş tutacaq.

Dortmund “Borussiya”sı Almaniyada da Niderland təmsilçisi PSV ilə qarşılaşacaq. İlk oyunda qalib müəyyənləşməyib – 1:1.

Madrid “Atletiko”su isə İspaniyada İtaliya nəhəngi “İnter”lə üz-üzə gələcək. İlk oyunda Milan təmsilçisi 1:0 hesabıyla qalib gəlib.

“Mançester Siti”, “Real”, PSJ, “Bayern”, “Barselona” və “Arsenal” artıq 1/4 finala vəsiqəni təmin ediblər.

UEFA Çempionlar Liqası
1/8 finalın cavab oyunları

13 mart

“Atletiko” (İspaniya) – “İnter” (İtaliya)
İlk oyun – 0:1.

“Borussiya” (Almaniya) – PSV (Niderland)
İlk oyun – 1:1.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp