“Əl Hilal” ən uzun qələbə seriyasına görə dünya rekorduna imza atıb. Səudiyyə Ərəbistanı klubu buna ardıcıl 28-ci matçda qalib gəlməklə nail olub.

Asiya Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab matçında “Əl-Hilal” Səudiyyə Ərəbistanının digər klubu “Əl İttihad”a 2:0 hesabı ilə qalib gəlib. Bu, həm də Pro Liqada lider olan komandanıın 28-ci uğuru olub. İlk görüş də 2:0 hesabı ilə “Əl Hilal”ın xeyrinə başa çatmışdı.

Jorje Jesusun yetirmələri bununla 2016/17 mövsümündə ardıcıl 27 rəsmi oyunda qalib gələn Uelsdən olan “Nyu Seynts”in nailiyyətini geridə qoyub.

“Əl Hilal” Asiya Çempionlar Liqasının yarımfinalında BƏƏ-nin “Əl Əyn” klubu ilə qarşılaşacaq. Bu komanda 1/8 finalda Kriştianu Ronaldonun formasını geydiyi “Əl Nəsr”i penaltilər seriyasında məğlub etmişdi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp