“Bayer” bu mövsüm Bundesliqadan Almaniya Kubokunun yarımfinalına yüksələn yeganə klub olub. Belə hal tarixdə ilk dəfə yaşanır.

Bundesliqanın lideri “Bayer”dən başqa, ikinci Bundesliqanın iki klubu – “Kayzerslautern” və “Fortuna” (Düsseldorf), həmçinin üçüncü Bundesliqadan “Saarbrüken” yarımfinala yüksəlib. Sonuncu komanda bu mövsüm “Bayern”, “Ayntraxt” və “Borussiya”nı (Münhenqladbax) mübarizədən kənarlaşdırması ilə ad çıxarıb.

Qeyd edək ki, Almaniya Kubokunun yarımfinal mərhələsində “Kayzerslautern” evdə “Saarbrüken”lə, “Qarabağ”ın Avropa Liqasındakı rəqibi “Bayer” isə evdə “Fortuna” ilə qarşılaşacaq. Qarşılaşmalar aprelin 2-3-nə təyin edilib.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp