“Portu”nun baş məşqçisi Serjio Konseysao həmkarından narazıdır. O, “Arsenal”ın çalışdırıcısı Mikel Artetanın onu təhqir etdiyni bildirib.

Futbolinfo.az xəbər verir ki, sabiq yarımmüdafiəçi dünən baş tutan oyun zamanı ispan mütəxəssisin həddi aşdığını deyib: “Arteta matçın gedişində ehtiyat oyunçular skamyasına yönələrək ispan dilində ailəmi təhqir etdi. Üz-üzə gələndə təhqir etdiyi şəxsin artıq bu dünyada olmadığını dedim. O, enerjisini belə şeylərə yox, daha yaxşı oynaması üçün kifayət qədər potensialı olan komandasının məşqlərinə yönəltsə, daha yaxşı olar”.

Xatırladaq ki, Çempionlar Liqasının 1/8 finalına təsadüf edən matç londonluların 1:0 hesablı qələbəsi ilə bitib. İlk oyunda “Portu” eyni nəticə ilə üstün olduğundan, matç penaltilər seriyasına kimi uzanıb. Burada isə daha dəqiq oynayan İngiltərə klubu mərhələ adlayıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp