Milli Basketbol Assosasiyası FİBA ilə birlikdə yeni klub turnirinin yaradılması ilə bağlı müzakirə aparır. Bu turnirin köməkliyi ilə MBA Avroliqa ilə rəqabətədavamlı olmaq fikrindədir.

Planlardan biri MBA və Avropa komandalarından ibarət turnir yaratmaq və dünyanın digər regionlarından da klubları cəlb etməkdir. Keçən ay MBA “Raine Group”la əməkdaşlığa başlayaraq liqanın Avropadakı perspektivləri ilə maraqlanmağa başlayıb.

Hazırda Milli Basketbol Assosasiyası Avropa bazarında bir neçə yüz milyon dollar qazanır. Hər il populyarlığı artırmaq üçün klubların ABŞ və Kanadan kənarda oyunları təşkil edilir.

Shares: