Tyerri Anri yaşı 23-dən çox olan 3 futbolçunu Fransanın gənclər yığmasına çağırmağı düşünür. Baş məşqçi artıq seçimini də edib.

Futbolinfo.az xəbər verir ki, növbəti Olimpiada 24 iyul – 10 avqust aralığında Parisdə keçiriləcək. Fransızlar mötəbər turnirin futbol yarışında çempionluğu hədəfləyib. Bu səbəbdən heyət gücləndiriləcək.

Qaydaya görə, gənclər millisinə yaşı 23-dən çox olan 3 nəfərin çağırılmasına icazə var. Anri də fürsətdən istifadə edərək Kilian Mbappe, Olivye Jiru və Antuan Qrizmannı millinin düşərgəsinə cəlb etmək niyyətindədir.

Shares: