Fernando Muslera “Qalatasaray”da qalacaq. 37 yaşlı qapıçı İstanbul nəhəngi ilə yeni müqavilə bağlamaq üçün danışıqlara başlayıb.

Futbolinfo.az xəbər verir ki, hələlik tərəflər daha bir llik anlaşmanı müzakirə edir. Uruqvaylı qolkiper anlaşmaya “+1” bəndinin də salınmasını israr edir. Amma “Qalatasaray” rəhbərliyi yaş amili üzündən ehtiyatlı davranmağı üstün tutur. Bununla belə, mövsümün sonunda azad agent olacaq qapıçının xidmətləri və hazırdakı forması nəzərə alınaraq onun gələn mövsüm də heyətdə saxlanılması qərara alınıb.

Muslera 2011-ci ildən “Qalatasaray”ın şərəfini qoruyur. O, 4 il oynadığı “Latsio”dan (İtaliya) 6,5 milyon avroya transfer edilmişdi.

Shares: