Azərbaycan millisinin futbolçusu Mahir Emreli UEFA Konfrans Liqasının 1/8 final mərhələsinin cavab oyununda da Zaqreb “Dinamo”sunun heyətində yer almayacaq.

Futbolinfo.az xəbər verir ki, Xorvatiya klubunun məşqçilər korpusu onu Yunanıstan təmsilçisi PAOK-la səfər görüşündə iştirak ərizəsinə salmayıb.

Buna səbəb 26 yaşlı forvardın zədədən sonra hələ də tam bərpa olunmamasıdır. Emreli kollektivlə məşqlərdə iştirak etsə də, baş məşqçi Sergey Yakiroviç onun hələ hazır olmadığını düşünür. Emreli komandalar arasında ilk matçı da bu üzdən buraxmışdı.

Qeyd edək ki, sabah keçiriləcək PAOK – “Dinamo” görüşü Bakı vaxtı ilə saat 21:45-də başlayacaq. Zaqrebdəki ilk matçda xorvatlar 2:0 hesablı qələbə qazanıblar.

Shares: