“Sabah”ın sabiq baş məşqçisi Murad Musayev yenidən ölkəsi Rusiyada çalışa bilər.

Futbolinfo.az xəbər verir ki, mütəxəssisin keçmiş komandası “Krasnodar”a dönmə ehtimalı yaranıb.

Klub rəhbərliyi bu gün baş məşqçi Vladimir İviçi istefaya göndərib. Halbuki serbiyalı çalışdırıcının müqaviləsi bu ilin sonuna qədər idi. Premyer Liqa təmsilçisi mövsümün sonuna qədər komandanı Musayevin çalışdırmasında maraqlıdır. Hazırda Krasnodarda olan məşqçi ilə ilkin danışıqlar aparılıb.

“Krasnodar” mövsümün sonuna qədər keçmiş baş məşqçisi Storojuka müraciət edib. Lakin o, müvəqqəti işə razılıq verməyib. Belə olan halda Murad Musayev məsələsi ortaya çıxıb. O da dərhal ilin sonuna qədər işləməyə razı olub. Hazırda Musayev baş məşqçi olmağa əsas namizəddir.

Qeyd edək ki, Murad Musayev daha əvvəl 2018-2021-ci illərdə “Krasnodar”a rəhbərlik edib. O, 2021-2023-cü illərdə isə “Sabah”ı çalışdırıb.

Shares: