Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun futbolçusu Kristianu Ronaldo tarixə düşüb.

Futbolinfo.az Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (IFFHS) rəsmi saytına istinadən xəbər verir ki, 39 yaşlı hücumçu buna Asiya Çempionlar Liqasının Birləşmiş Ərəb Əmirliklərinin “Əl Əyn” komandasına 4:3 hesabı ilə qalib gəldikləri oyunda nail olub.

O, futbol tarixində komandaları ilə 800 yüksək səviyyəli qarşılaşmada qalib gələn ilk oyunçudur. Bunlardan 675-i klubda, 125-i yığmada gerçəkləşib.

Shares: