“Mersedes” komandasının rəhbəri Toto Volf Karlos Saynsın atası və əmisi oğlu danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanındakı xəstəxanada olub. Bu barədə DAZN kanalı məlumat yayıb.

Qeyd edək ki, əmisi oğlu Karlos Onario həm də Saynsın agentidir.

Sayns 2015-ci ildən Formula 1 pilotudur. 2021-ci ildən o, “Ferrari”nin şərəfini qoruyur. Gələn il onu İtaliya komandasında Lyuis Həmilton əvəz edəcək. Bu səbəbdən də “Mersedes” komandası boş qalan yerə namizədlərlə danışıqlar aparır.

Əlavə edək ki, hələlik vakant yerə əsas namizəd Maks Ferstappen və Fernando Alonsodur.

Shares: