“Nyukasl”ın yarımmüdafiəçisi Entoni Qordon uzun müddətə sıradan çıxıb. İngiltərə millisinin üzvünün son müayinələri onun 6-9 ay futbol oynaya bilməyəcəyini ortaya çıxarıb.
Futbolinfo.az xəbər verir ki, ön çarpaz bağları zədələnən futbolçu, bu üzdən Avropa Çempionatından da kənar qalacaq. 23 yaşlı yarımmüdafiəçinin növbəti mövsümün startını buraxacağı da dəqiqdir.
“Nyukasl”ın baş məşqçisi Eddi Hau həkimlərin verdiyi bu xəbəri komanda üçün “dəhşətli” adlandırıb.