Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Bayer” – “Qarabağ” oyunundan əvvəl qonaq komandanın qapıçısı Andrey Lunyov jurnalistlərin suallarını cavablandırıb.
Futbolinfo.az xəbər verir ki, o, görüşlə bağlı fikirlərini bölüşüb:
“Sabah bizi çətin oyun gözləyir. Növbəti mərhələyə vəsiqə qazana bilərik. Təssüf ki, Bakıda qələbə qazana bilmədik. Sabah özümüzü yaxşı tərəfdən göstərməyə çalışacağıq. Şanslar bərabərdir. Sabah öz oyunumuzu oynayıb, fürstərlərdən istifadə edib, mərhələni keçmək istəyirik. Hər oyuna yüksək motivasiya ilə çıxıram. Bu mərhələdə əlavə motivasiyaya ehtiyac yoxdur. Komanda hər il Avroliqada oynayır. Təcrübəli oyunçularımız çoxdur”.