Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxacaq.
Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniyada “Bayer”lə görüşəcək. Bu mərhələyə yüksəlməklə tarixi nəticəyə imza atan Qurban Qurbanovun yetirmələri 1/4 finala vəsiqə üçün mübarizə aparacaq. Cari mövsümün 36 matçında uduzmayan rəqiblə Bakıda heç-heçə edən Ağdam klubu Leverkuzendə də uğurlu nəticə qazanmağa çalışacaq.
Xatırladaq ki, “Qarabağ” bu rəqiblə Avroliqanın qrup mərhələsində də qarşılaşmışdı. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.
“Bay Arena”da təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Avropa Liqası
1/8 finalın cavab oyunu
14 mart
00:00. “Bayer” – “Qarabağ”
Baş hakim: Entoni Teylor (İngiltərə)
Leverkuzen. “BayArena”
İlk oyun – 2:2.