“Qarabağ”ın qapıçısı Andrey Lunyova Rusiya yığmasında daha bir rəqib çıxıb. Millinin məşqçilər korpusu martdakı yoldaşlıq görüşlərinə daha bir qolkiper dəvət edib.

Futbolinfo.az saytı xəbər verir ki, “Panatinaikos”un üzvü Yuri Lodıgin sabahdan başlayacaq təlim-məşq toplanışına qoşulacaq. O, yığmanın 4 qapıçısından biri olacaq. Lunyov və Lodıginlə yanaşı, Aleksandr Maksimenko və Matvey Safonov da “çərçivə”də durmağa namizədlərdir.

Yığmanın qapıçı məşqçisi Vitali Kafanov qapı xətti ilə bağlı rahat olduqlarını bildirib: “Qarşıdakı təlim-məşq toplanışında qapıçıların siyahısı Yuri Lodıginlə tamamlandı. Heyətə dəvət edilən 4 qolkiperin hər biri əsas heyət üzvü olmağa layiqdir”.

Qeyd edək ki, Rusiya millisi toplanış çərçivəsində martın 21-də Serbiya ilə, 25-də isə Paraqvayla yoldaşlıq görüşü keçirəcək.

Shares: