Formula 1 üzrə növbəti dünya çempionatı Avstraliyada başlaya bilər.
Xatırladaq ki, 1996-cı ildən 2019-cu ilə qədər məhz Melburnda çempionatın açılışı olurdu. Lakin pandemiyaya görə ilk mərhələ Bəhreyndə baş tutduğundan qurum daimi əsasda Yaxın Şərq ölkəsinə üstünlük vermişdi.
Amma gələn il bunun reallaşmasına Ramazan ayı mane ola bilər. Bəhreyn və Səudiyyə Ərəbistanı orucluq zamanı qran-prini qəbul edə bilməyəcəklər. Gələn il Ramazan fevralın son günündən başlayaraq martın sonuna qədər davam edəcək. Bəhreyn və Səudiyyə Ərəbistanı mərhələlərinin promouterləri fevral ayını təklif etmişdilər. Lakin Formula 1 rəhbərliyi bu təklifə razılıq verməyib. Belə olan halda çempionat Avstraliyada başlayacaq.
Hələlik bununla bağlı rəsmi məlumat yoxdur. Çox güman ki, yayda təqvimin rəsmi təsdiqindən sonra gözlənilənlər gerçəkləşəcək.