“Leççe”nin yeni baş məşqçisi müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, sözügedən komandanı bundan sonra Luka Qotti çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 56 yaşlı mütəxəssislə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Qotti baş məşqçi postunda bir neçə gün öncə istefaya göndərilmiş Roberto D’Aversanı əvəz edib.

“Leççe” A Seriyasının cari mövsümündə topladığı 25 xalla 16-cı pillədə qərarlaşıb.

Shares: