“İnter” Lautaro Martineslə yeni müqavilə bağlamaq üçün danışıqlara başlayıb. Milan klubunun rəsmiləri argentinalı hücumçunun agenti ilə Madriddə bir araya gəlib.

Futbolinfo.az xəbər verir ki, İtaliya klubunun forvardı komandada qalmaq istəyir. Bununla belə, o, maaşının artırılmasını gözləyir. Hazırda məhz bu məsələ müzakirə olunur. Hazırda “İnter”lə əla mövsüm keçirən Lautaronun mövcud müqaviləsi 2026-cı ildə başa çatacaq. Amma “İnter” 2018-ci ildə Argentina “Rasinq”indən 25 milyon avroya aldığı Martinesi itirə biləcəyindən narahatdır.

26 yaşlı hücumçu bir neçə təklif alıb. Düzdür, o, dəfələrlə “İnter”də qalmaq istədiyini dilə gətirib, amma daha yaxşı əməkhaqqına layiq olduğunu klubunda da çox yaxşı bilirlər.

Shares: