Rusiyanın “Zenit” komandasının baş məşqçisi Xavyer Paskual Türkiyəyə yollana bilər. İspaniyalı mütəxəssis “Anadolu Efes”lə uzunmüddətli müqavilə imzalamağa yaxındır.

Paskual 2020-ci ildən “Zenit”i çalışdırır. Onun sayəsində Sankt-Peterburq klubu tarixində ilk dəfə VTB-liqanın qalibi olmuş və Avroliqanın pley-off mərhələsinə çıxmışdı. Mütəxəssisin müqaviləsi bu yay başa çatır.

“Anadolu Efes” Avroliqada hazırda 13-cü pillədədir. Klub rəhbərliyi mövsümün gedişində Erdem Canın yerinə müvəqqəti olaraq Tomislav Miyatoviçi təyin edib.

Shares: