Niko Uilyamsın müştəriləri sırasına daha bir klub qoşulub. “Arsenal” və “Çelsi”yə bu mənada rəqib olan 3-cü komanda da Londondandır. “Tottenhem” tezliklə əməli addımlar atacaq.
Futbolinfo.az xəbər ki, “Atletik”in hücumçusu yayda klubu tərk etmək istəyir. İngiltərə Premyer Liqasında oynamağı arzulayan 21 yaşlı Niko qərarını verib. Bilbaolular da oyunçusunu buraxmağın əleyhinə deyil. Müştərinin çox olması onların Uilyamsın qiymətini qaldırmasına şərait yaradıb.
“Atletik” yetirməsi üçün minimum 50 milyon avro tələb edir. Qana əsilli oyunçu ilə 2027-ci ilədək müqaviləsi olan İspaniya klubu ingilislərin bu məbləği verə biləcəyinə əmindir.