Bu gün Avropa Liqasında 1/8 finalın cavab oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” da növbəti matçına çıxıb.

Ölkəmizin avrokuboklardakı yeganə təmsilçisi Almaniyada “Bayer”lə görüşüb. Bu mərhələyə yüksəlməklə tarixi nəticəyə imza atan Qurban Qurbanovun yetirmələri daha bir sensasiyaya imza atmaqla 1/4 finala vəsiqə qazanmağa çalışıb. Bakıdakı kimi, bu oyunda da “Qarabağ” son dəqiqələrə kimi hesabda öndə olub. Amma təzminat dəqiqələrində Patrik Şikin dublu “Bayer”ə əzmkar qələbə və 1/4 finala vəsiqə gətirib.

Xatırladaq ki, “Qarabağ” bu rəqiblə Avroliqanın qrup mərhələsində də qarşılaşmışdı. Səfərdə 1:5 hesabıyla uduzmuş Ağdam klubu, evdə də 0:1 hesablı məğlubiyyətə üzülmüşdü.

Avropa Liqası
1/8 finalın cavab oyunu

14 mart

“Bayer” – “Qarabağ” 3:2
Qollar: Ceremi Frimponq, 72. Patrik Şik, 90+3; 90+7 – Abdullah Zubir, 58. Olavio Juninyo, 67.
Qırmızı vərəqə: Elvin Cəfərquliyev, 63.
Baş hakim: Entoni Teylor (İngiltərə)
Leverkuzen. “BayArena”
İlk oyun – 2:2.

Bayer: 17. Matey Kovar, 3. Pyero Hinkapye, 6. Odilon Kossunu, 7. Yonas Hofmann, 8. Robert Endrix (k), 9. Borxa İqlesias, 10. Florian Virts, 12. Edmond Tapsoba, 21. Amin Adli, 30. Ceremi Frimponq, 34. Qranit Caka.
Ehtiyat oyunçular: 1. Lukas Hradeski, 36. Lomb, 2. Yosip Stanişiç, 14. Patrik Şik, 4. Conatan Ta, 19. Natan Tella, 20. Aleksandro Qrimaldo, 23. Adam Hlojek, 32. Puerta, 25. Esekyel Palasios.
Baş məşqçi: Xabi Alonso.
Qarabağ: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 5. Maksim Medvedev, 2. Mateus Silva, 81. Kevin Medina, 17. Hamidu Keyta, 19. Redon Cica, 24. Aleksey İsayev, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 66. Patrik Andrade, 90. Nəriman Axundzadə.
Baş məşqçi: Qurban Qurbanov.

Shares: