Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, GİN-in Voleybol Mərkəzində baş tutan qarşılaşmada “Neftçi” və “Murov Az Terminal” komandaları üz-üzə gəliblər.
Görüş “Murov Az Terminal”ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Beləliklə, “Azərreyl” 35 xalla (12 qələbə) turnir cədvəlinə liderlik edir. “Murov Az Terminal”ın 28 xalı (10 qələbə), “Neftçi”nin 22 (7 qələbə), “Xarı Bülbül Şuşa”nın 16 (5 qələbə), “Xarı Bülbül Laçın”ın 4 xalı (1 qələbə) var. MOİK-in isə qələbəsi və xalı yoxdur.
“Neftçi” – “Murov Az Terminal” 0:3 (20:25, 17:25, 23:25)