Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.
Futbolinfo.az xəbər verir ki, namizədlər Martin Yedliçka (“Viktoriya”, Plzen), Ayub El Kaabi (“Olimpiakos”), Konstantinos Kulirakis (PAOK) və Skov Olsendir (“Brügge”).
UEFA-nın saytında keçirilən sorğudan sonra qalibin adı açıqlanacaq.