Futbol üzrə Belçika millisi baş məşqçisi Domeniko Tedesko ilə müqavilənin müddətini uzadıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb.
Onun yeni sözləşməsi 2026-cı ilədək nəzərdə tutulub. İtaliyalı baş məşqçinin hazırkı müqaviləsi builki Avropa çempinatının sonunda bitməli idi.
Tedesko 2023-cü il fevralın 8-dən Belçika millisinə rəhbərlik edir.