Almaniyanın əfsanəvi futbolçusu Lotar Matteus Avropa Liqasının 1/8 final mərhələsində keçirilən “Bayer” – “Qarabağ” oyununu dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 62 yaşlı mütəxəssis canlı izlədiyi oyunu “unudulmaz qarşılaşma” adlandırıb: “Bu, əlbəttə, “Bayer”in ən yaxşı oyunu deyildi. Amma əminəm ki, bu görüşü uzun müddət xatırlayacağıq. “Bayer” qələbə arzusunu sona qədər davam etdirdi. Bu da komandanın son bir neçə ayda Xabi Alonsonun rəhbərliyi altında yaşadığı uğur hekayəsindən xəbər verir”.

Qeyd edək ki, Leverkuzendə baş tutan matçda “Bayer” son dəqiqələrdə vurduğu iki qol sayəsində 3:2 hesablı qələbə qazanıb. Bakıdakı ilk matçda 2:2 hesabı qeydə alındığından, Almaniya təmsilçisi 1/4 finala yüksəlib.

Shares: