Avropa Liqasının 1/8 final mərhələsində “Qarabağ”la keçirilən cavab oyununda dubla imza atan “Bayer”in hücumçusu Patrik Şik fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki çexiyalı futbolçu 3:2 hesablı qələbə qazanaraq mərhələ adladıqları üçün sevincli olduğunu bildirib: “Qarabağ” Bundesliqadakı rəqiblərimizlə müqayisədə tam fərqli üslubda oynayır. Bu da işimizi çətinləşdirdi. Rəqib alqışalayiq futbol sərgilədi. Yenə də qalib gələ bildik. Bu mövsüm 4-5 dəfə geridönüş etmişik. Bütün bunlar inanılmaz dərəcədə komanda ruhumuzun olduğunu göstərir”.

Shares: