Yulian Naqelsmann yeni təklif gözləyir. Ötən mövsümün sonunda “Bayern”dən ayrılan mütəxəssis klub futboluna dönmək üçün uyğğun variant axtarışındadır.
Futbolinfo.az xəbər verir ki, hazırda Almaniya millisinə rəhbərlik edən Naqelsmann burada çox qalmaq niyyətində deyil. O, qarşıdakı Avropa Çempionatından sonra postunu tərk edəcək.
36 yaşlı mütəxəssis Almaniya mətbuatına açıqlamasında ciddi təklif gözlədiyini bildirib: “Avropa Çempionatının startına kimi məni qane edən təklif gözləyirəm.Yüksək hədəflərin planlandığı ciddi layihə arzusundayam. Amma hələlik belə bir təklif almamışam”.
Xatırladaq ki, “Barselona” və Dortmund “Borussiya”sı Naqelsmanna ciddi maraq göstərir. Bu klubların hər ikisinin yayda baş məşqçisi ilə vidalaşacağı dəqiqdir.