Basketbol üzrə Avroliqa turnirində 29-cu tura start verilib. Keçirilən 6 görüş arasında “Fənərbağça” – “Valensiya” qarşılaşmasını qeyd etmək olar. İstanbul təmsilçisi İspaniya komandasını darmadağın edib – 118:88.

Oyun ərzində meydan sahiblərinin 24 üçxallıq atışı dəqiq olub. Bu da Avroliqanın yeni rekordudur.

Yunanıstan derbisi isə daha gərgin alınıb. İlk period “Panatinaikos”un xeyrinə başa çatıb. İkinci periodda meydan sahibləri önə çıxmağı bacarıblar. 10 xallıq fərqi aradan qaldıran “Olimpiakos” böyük fasiləyə üstünlüklə yollanıb. Fasilədən sonra “Panatinaikos” nə qədər çalışsa da, məğlubiyyətdən xilas ola bilməyib – 71:65. Bunun da nəticəsində Ergin Atamanın komandası turnir cədvəlində mövqeyini itirib. Hazırda 3 komandanın qələbə sayı eynidir. “Fənərbağça”, “Olimpiakos” və “Panatinaikos”a bu axşam “Virtus” da çata bilər.

“Barselona” evdə “Partizan”a qalib gəlməklə ikinci yerini möhkəmləndirib. “Baskoniya” isə “Milan”la qarşılaşmada vacib qələbə qazanıb – 88:73. “Monako” səfərdə “Alba”nı, “Makkabi” isə “Srvena Zvezda”nı məğlub edib.

Shares: