Milli Basketbol Assosasiyası haqqında yazan ən nüfuzlu insaydrlərdən biri Şəms Çaraniya Alperen Şengünün yeni müqaviləsi barədə danışıb.
“O ki qaldı yay fasiləsinə, Alperen dəyəri 225 milyon dollar olan 5 illik müqavilə imzalamaq hüququna malik olacaq. Şengün özünü maksimal müqavilə imzalaya biləcək oyunçular səvviyəsinə qaldırıb”, – deyə Çaraniya “Stadium” verilişində qeyd edib.
Xatırladaq ki, Alperen “Sakramento Kinqs”lə qarşılaşmada zədə aldıqdan sonra müalicə olur. 21 yaşlı basketbolçu bu mövsüm 63 oyunda meydana çıxıb. Onun orta göstəriciləri 21, 1 xal, 9,3 ribaund və 5 asistə bərabərdir. Hazırda çıxış etdiyi “Hyuston Rokets” komandası Qərb konfransında 11-ci pillədədir.