“Mersedes” komandasının rəhbərli Toto Volf qəzaya düşüb. Hadisə “Drive to Survive” filminin çəkilişləri zamanı baş verib.
Səudiyyə Ərəbistanı qran-prisindən sonra komanda testlər üçün İmolaya yollanıb. “Netflix”in çəkiliş qrupu da orada olub. Avstriyalı funksioner şəxsən AMG GT3-ün sükanı arxasına oturaraq bir neçə dövrə vurub. Üçüncü dövrənin sonunda isə o, bayrerə çırpılıb.
Mətbuat xidmətinin verdiyi məlumata görə, Volf Rivassa döngəsindən çıxarkən baryerə toxunub. İnsident nəticəsində Volfa heç nə olmayıb. Maşını düzəltdikdən sonra o, daha bir neçə dövrə vurub.