“Qarabağ” Bakıda məşq edə bilməyəcək. Bu gün Almaniyadan dönən ağdamlılar qısa istirahətdən sonra yenidən səfərə çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Misli Premyer Liqasında “Turan Tovuz”la qarşılaşacaq “Qarabağ” sabah Gəncəyə yollanacaq. Çarter reysi ilə uçacaq komanda Tovuza qonşu şəhərdən avtobusla gedəcək.

Xatırladaq ki, “Turan Tovuz” – “Qarabağ” oyunu bazar günü baş tutacaq. Ağdamlılar “Bayer”lə Avropa Liqası matçından bu səhər qayıdıb.

Shares: