“Turan Tovuz” əsas heyət üzvlərindən birini itirib. Veysəl Rzayev azı iki ay komandaya kömək edə bilməyəcək. Yarımmüdafiəçinn mövsümü erkən başa vurması da mümkündür.

Futbolinfo.az xəbər verir ki, 21 yaşlı futbolçunun burnu sınıb. O, təcili əməliyyat olunub. Həkimlər Veysəlin ən yaxşı halda mayın əvvəlində məşqlərə başlaya biləcəyini deyib.

Maraqlıdır ki, Rzayev komandanın məşqi zamanı zədələnməyib. O, istirahət vaxtı, arzuolunmaz hadisə nəticəsində burnunu sındırıb.

Shares: