“Qarabağ”a əsas vaxtda qalib gələcəyimizə inanmırdım”.

Futbolinfo.az xəbər verir ki, bunu Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso “Qarabağ”ı 3:2 hesabı ilə məğlub etdikləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunu barədə danışarkən deyib.

İspaniyalı mütəxəssis RTL-ə açıqlamasında 90+3-cü dəqiqədə hesabı 2:2 etdikləri zaman özünü əlavə 30 dəqiqəyə hazırladığını bildirib: “Həmin anda artıq beynimdə əlavə ediləcək dəqiqələrə köklənmişdim. Qısa fasilədə futbolçulara nə deyəcəyimi, hansı tapşırıqları verəcəyimi düşünürdüm. 90+8-ci dəqiqədə qələbə topunu vuracağımızı gözləmirdim. Ən yaxşı “Bayer” meydanda olmaya bilərdi. Ancaq yaxşı reaksiya verdik”.

Shares: