“Qarabağ” önündə son fitə qədər bütün gücümüzü ortaya qoyduq”.

Futbolinfo.az xəbər verir ki, bunu Almaniyanın “Bayer” klubunun futbolçusu Robert Andrix “Qarabağ”a 3:2 hesabı ilə qalib gəldikləri Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçı barədə danışarkən deyib.

Almaniya millisinin yarımmüdafiəçisi əzmkar qələbə qazanmalarını son saniyələrə qədər yüksək tempdə oynamaları ilə əlaqələndirib: “Əlbəttə ki, həmişə belə olmur. Hər oyunda bu durumla üzləşmək istəmirik. Yenə də əzmkar qələbə sayəsində irəliləməyi bacardıq. Sona qədər bütün gücümüzlə mübarizə apardıq və bəhrəsini gördük”.

Shares: