Dünya Atletika Birliyi bu ilin sentyabrında Rusiyada keçiriləcək Dostluq Oyunlardakı nəticələri qəbul etməyəcək. Bu barədə qurum rəsmi şəkildə bəyanat verib. Təşkilat belə bir xəbərin yazıldığı məlumatı oyunlarda iştirak edəcək ölkələrin federasiyalarına göndərib.
“Dostluq Oyunları Beynəlxalq Atletika təqvimininin bir hissəsi deyil. Bu səbəbdən də orada göstərilən nəticələr və rekrodlar rəsmi olaraq qəbul edilməyəcək”, – deyə mətndə qeyd edilir.
Bundan başqa, qurum iyunda təşkil ediləcək BRİKS oyunlarındakı nəticələri də qəbul etməyəcəyini bildirib.
Xatırladaq ki, Dostluq Oyunları bu ilin sentyabrında Rusiyanın Moskva və Yekaterinburq şəhərlərində keçiriləcək.