Serjio Skariolo İspaniya basketbol millisini çalışdırmaqda davam edəcək. Tərəflər 2028-ci illərə qədər müqaviləni artırıb.
Bu isə o deməkdir ki, mütəxəssis İspaniya millisinin Los-Anceles Yay Olimpiya oyunlarında da baş məşqçisi olacaq.
Skariolo 2009-2012-ci illərdə İspaniya millisini çalışdırıb. 3 illik fasilədən sonra o, 2015-ci ildə yenidən milliyə dönüb. Skariolo artıq 9 ildir ki, millinin baş məşqçisidir.
Onun rəhbərliyi altında ispanlar 4 dəfə Avropa çempionu , bir dəfə də (2019) dünya çempionu olublar. Bundan başqa yığma Olimpiadada 1 gümüş, bir də bürünc medal qazanıb.