Misli Premyer Liqasında 27-ci turun oyunları keçirilir.

Futbolinfo.az xəbər verir ki, bu gün 2 oyun baş tutacaq.

“Zirə” doğma meydanda “Kəpəz”lə münasibətlərinə aydınlıq gətirəcək. “Araz-Naxçıvan” isə “Qəbələ” ilə üz-üzə gələcək.

Xatırladaq ki, turun ilk oyununda “Neftçi” “Səbail”ə qalib gəlib – 3:0. “Turan Tovuz” – “Qarabağ” və “Sumqayıt” – “Sabah” oyunları isə sabah keçiriləcək.

Misli Premyer Liqası
27-ci tur

16 mart

“Zirə” – “Kəpəz”
Hakimlər: Kamal Umudlu, Kamran Bayramov, Asiman Əzizli, Kamran Əliyev.
Tofiq Bəhramov adına Respublika Stadionu, 16:00.

“Araz-Naxçıvan” – “Qəbələ”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev.
“Liv Bona Dea Arena”, 18:30.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp