Avropa Liqasında bu həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Futbolinfo.az xəbər verir ki, bu ada Almaniyanın “Bayer” klubunun hücumçusu Patrik Şik layiq görülüb.

Çex forvard “Qarabağ”la ev oyununda 3:2 hesablı əzmkar qələbədə dubla imza atmaqla pay sahibi olmuşdu.

Həftənin ən yaxşı oyunçusu adına Rafael Leao (“Milan”, İtaliya), Məhəmməd Salah (“Liverpul”, İngiltərə) və Məhəmməd Kudus (“Vest Hem”, İngiltərə) da namizəd idilər.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp