“Beşiktaş”ın idman direktoru Samet Aybaba Avropa Liqasının 1/8 finalının “Bayer” – “Qarabağ” cavab oyununu stadiondan izləyib.

Futbolinfo.az xəbər verir ki, o, Ağdam təmsilçisinin hücumçusu Olavio Juninyonu nəzərdən keçirib.

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, direktor 27 yaşlı futbolçunu çox bəyənib. Juninyo görüşdə vurduğu qolla və öz oyunu ilə Samet Aybabanın diqqətini cəlb edib. O, İstanbulda Juninyonu klub rəhbərliyinə tövsiyə edəcək.

Xəbərlərdə o da qeyd olunub ki, iclasda alınacaq qərara əsasən, Juninyo üçün cari mövsümün sonunda hərəkətə keçiləcək.

Juninyo bu mövsüm 43 matçda 23 qol vurb və 7 qolun ötürməsini verib. Braziliyalı oyunçunun “Qarabağ”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp