MBA-da bu gecə 6 oyun baş tutub. Ənənəvi olaraq ən məhsuldar oyun Yutada olub. Meydan sahibləri “Atlanta Houks” üzərində 124:122 hesablı qələbə qazanıblar.

Son çempion Ostində qalib gəlməyi bacarıb. “San Antonio Spörs” nə qədər çalışsa da, ilk perioddakı zəif oyunun nəticəsini dəyişə bilməyib- 106:117. Nikola Yokiç oyunu 31 xalla tamamlayıb. Bu qələbə sayəsində “Denver Naggets” Qərb konfransında birinci yerə yüksəlib.

Konfransda pley-off zonasında qərarlaşan “Nyu-Orlean Pelikans” və “Los-Anceles Klippers” komandalarının qarşılaşması da gərgin alınıb. Meydan sahibləri 112:104 hesabı ilə qələbə qazanıblar.

Kanadada keçirilən oyunda “Orlando Mecik” qalib gəlib – 113:103. Autsayder “Detroyt Pistons” isə digər Florida təmsilçisi “Hit”lə bacarmayıb – 95:108. Şərq konfransının digər bir güclü komandası “Finiks Sans” səfərdə “Şarlot Hornets”i 107:96 hesabı ilə məğlubiyyətə uğradıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp