Basketbol üzrə Avroliqa turnirində 29-cu tura yekun vurulub. Səfərdə autsayderlərdən biri “Asvel”ə məğlub olan “Anadolu Efes” pley-in şansını xeyli aşağı salıb.

Fasiləyə qədər zəif təsir bağışlayan İstanbul təmsilçisi nə qədər çalışsa da, rəqibini haqlaya bilməyib – 84:80. Görüşün ən məhsuldar basketbolçusu ehtiyatdan oyuna daxil olan Luvavu Kabarro olub. Onun aktivində 21 xal var.

Münhendə pley-in şanlsarını qorumağa çalışan iki komanda üz-üzə gəlib. “Bayern””Jalgiris”ə qalib gəlməklə üstünlük əldə edib – 64:58.

“Virtus” isə məğlub olmaqla 4-cü yerə yüksəlmək şansından istifadə etməyib. İtaliya təmsilçisi Bolonyada “Real”la bacarmayıb. Madridlilər 89:74 hesabı ilə qələbə qazanıblar.

Hazırda “Real” turnir cədvəlinə başçılıq edir. İkinci yerdə digər İspaniya təmsilçisi “Barselona” var. “Fənərbağça” 6-cı, “Anadolu Efes” isə 13-cü pillədə qərarlaşıb.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp