Formula 1 rəhbərliyi 2026-cı il üçün planlaşdırılan təkər dəyişikliyindən imtina edib. Həmin il bolidlər 16 düymlük təkərlərə keçməli idi. Bu siyasətin əsas məqsədi maşının çəkisinin azaldılması olmalıydı.

Qeyd edək ki, Formula 1 2022-ci ildə 13 düymlük təkərlərdən 18 düymlüyə keçib. Məqsəd maşını daha enli etməklə gözəl görünüş yaratmaq olub. Geriyə qayıdışı rəhbərlik imicə zərbə və estetikanın azaldılması kimi hesab edib.

Bundan başqa təkər ölçüsünün dəyişdirilməsi təchizatçı şirkət “Pirelli”nin də istehsal prosesini dəyişməsi demək idi.

Shares:
Facebook
Twitter
Telegram
WhatsApp